“Tesla” birincidir

“Tesla” birincidir

“Tesla” dünyanın ən dəyərli avtomobil şirkətidir. Buna elektromobil istehsalı üzrə ixtisaslaşmış kompaniyanın səhmlərinin dəyərinin artması səbəb olub.
Bildirilir ki, səhmlərinin qiymətinin artması ilə “Tesla” “Toyota”nın ən dəyərli avtomobil istehsalçısı adını əlindən alıb. Cari ildə ABŞ şirkətinin səhmlərinin qiyməti 3,5 faiz artmaqla 207,2 milyard dollara çatıb. “Toyota”nın isə hazırda bazar dəyəri 201,9 milyard dollardır.
Xəbəri “Autonews” verib
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com