Nazirlik İKT xidmətləri üçün - 1,5 MİLYON MANAT XƏRCLƏYƏCƏK

Nazirlik İKT xidmətləri üçün - 1,5 MİLYON MANAT XƏRCLƏYƏCƏK

Ədliyyə Nazirliyi tenderlərinin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, hər iki tenderi "İnfinitech" MMC qazanıb.

Nazirlik "İnfinitech" MMC ilə avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üçün ümumilikdə 1 milyon 530 min 673 manat məbləğində 2 tender müqaviləsi bağlayıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyi struktur qurumları üçün yuxarıdakı xidmətlərin alınmasına 729 min 783 manat, maliyyə təminatı nazirlik tərəfindən həyata keçirilən məhkəmələr üçün yuxarıdakı xidmətlərin alınmasına 800 min 890 manat xərcləyib.

Mənbə: fed.az