Azərbaycan dövlət orqanı portallarına ən çox istifadəçi müraciəti bu ölkələrdən olub

Azərbaycan dövlət orqanı portallarına ən çox istifadəçi müraciəti bu ölkələrdən olub

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının internet informasiya resurslarından istifadə üzrə 2020-ci ilin birinci yarımilinin statistikası açıqlanıb. Göstəricilərə görə, birinci yerdə sosial.gov.az, ikinci sırada isə edu.gov.az gəlib.

 

TED.az xəbər verir ki, statistikada hesabat müddətində dövlət orqanlarının rəsmi internet resursunlarına ən çox istifadəçi müraciəti olan ölkələr də qeyd olunub.

 

İstifadəçi müraciətinin çoxluğuna görə, birinci yerdə Azərbaycan, 2-ci sırada isə ABŞ gəlir. Siyahıda bu ölkələri müvafiq olaraq Rusiya Federasiyası, Avropa ölkələri, Türkiyə, Ukrayna, Çin, Almaniya təqib edir.

 

Azərbaycan dövlət qurumlarının portallarına ən az müraciət isə Estoniya və İngiltərədə qeydə alınıb.

Mənbə: ted.az