Ukrayna ordusuna daha 4 ədəd BTR-4E zirehli personal daşıyıcısı təhvil verilib

“Ukroboronprom” Dövlət Konserninə daxil olan Xarkov dizayn bürosu daha 4 ədəd təkmilləşdirilmiş BTR-4E zirehli personal daşıyıcısını Ukrayna ordusuna təhvil verib. Ordu.az xəbər verir ki, bu barədə “Ukroboronprom”un saytında məlumat yayılıb.

Bildirilir ki, 2019-cu ildə zirehli maşınlarla bağlanan müqavilənin artıq 80%-i yerinə yetirilib. Sifariş verilən 45 zirehli personal daşıyıcısından 37-si Ukrayna Müdafiə Nazirliyinə çatdırılıb.
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

"Arb24"-ün baş redaktor müavini koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

Rusiyada COVID-19-dan son sutka ərzində 176 nəfər vəfat edib