Chrome brauzerində faydalı funksiya yaradılır

Chrome brauzerində faydalı funksiya yaradılır

Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq
Google şirkəti Brauzerdə bir neçə qovluqla çalışan zaman istifadəçi bəzən səhvən həmin qovluqlardan birini bağlaya bilər. Ən yaxşı halda bağlanmış qovluqdakı səhifəni yenidən yükləmək lazım gələcək. Ən pis halda isə bağlanmış qovluqda olmuş vacib yazılı məlumatlar itəcək. Bu problemi aradan qaldırmaq üçün Google şirəti Chrome brauzerinin desktop versiyası üçün yeni funksiyanı anons edib. Bağlanmış qovluqdakı lazımi məlumatları bu yeni funksiya vasitəsilə tez bir zamanda geri qaytarmaq mümkün olacaq. Bu barədə 9to5google saytı xəbər verib.

ClosedTabCache adlı texnologiyanın təsviri Google tərtibatçıları tərəfindən təqdim edilmiş sənəddə qeyd edilib. Yeni funksiyanın çalışma mexanizmi hər bir qovluq keşinin qısa müddətli yaddaşda saxlanmasına əsaslanır. Bağlandıqdan bir neçə saniyə sonra qovluğun yenidən açılması halında bütün məlumatlar bərpa olunacaq. ClosedTabCache funksiyasının testi Chrome betası çərçivəsində bir neçə həftədən sonra başlayacaq. Funksiyanın nə zaman istifadayə veriləcəyi və onun Chromium əsaslı digər brauzerlərdə də işə salınıb-salınmayacağı barəsində bir məlumat verilməyib.

Mənbə: www.iqtisadiyyat.az