Alman həkimlərindən yeni tədqiqat: “Bu üsul koronavirusa qarşı immunitet yaradır” - VİDEO

Alman həkimlərindən yeni tədqiqat: “Bu üsul koronavirusa qarşı immunitet yaradır” - VİDEO

Alman mütəxəssisləri öz tədqiqatlarını insanlarda koronavirusa qarşı kollektiv immuniteti yaratmaq istiqamətində davam etdirirlər.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, elm adamları koronavirusa bənzəyən soyuqdəymə viruslarının COVID-19-a qarşı immunitet yarada bildiyini açıqlayıb. Tədqiqat Almaniyada yerləşən Tübingen Universiteti Xəstəxanasının mütəxəssisləri tərəfindən aparılır.

180 nəfər koronaviruslu xəstə ilə 185 nəfər koronavirus xəstəsi olmayan 365 nəfərin qanları qarışdırılıb. Nəticədə virusa yoluxmamış insanların 81 faizinin koronavirusa qarşı immunitet yarada bildiyi məlum olub.

Üzərlərində təcrübə apardıqları insanların əvvəlcədən soyuqdəyməyə yoluxduqlarını deyən alimlər, onlarda immunitetin hansı səbəbdən yarandığını açıqlayıb.

Alman tədqiqatçıları koronavirusa bənzəyən soyuqdəymənin immunitet qazanmasına şərait yaratdığını düşünürlər. Ancaq immuniteti təmin edən qandakı T hüceyrələri daha asta hərəkət edir və öz təsirini gec göstəririr.

Mənbə: www.yeniavaz.com