Amerika şirkəti UVH-170 dronunun sınaqlarını keçirib

Amerika şirkəti UVH-170 dronunun sınaqlarını keçirib

ABŞ-ın UAVOS şirkəti tərəfindən istehsal edilən UVH-170 dronunun sınaqları keçirilib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Dronun dağlıq ərazidə yüksək hündürlükdə müşahidə sınaqları uğurla tamamlanıb. 4 kiloqram ağırlığında olan dron 5000 metr hündürlükdə 2 saat uçub.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az