Donbasdakı Ukrayna hərbçilərinə “Javelin” TƏİRK-ləri göndəriləcək

Donbasdakı Ukrayna hərbçilərinə “Javelin” TƏİRK-ləri göndəriləcək

Donbasda separatçılarla mübarizə aparan Ukrayna Silahlı Qüvvələri ABŞ-dan alınan “Javelin” tank əleyinə mübarizə kompleksləri ilə təchiz ediləcək. Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Baş qərargah rəisi Ruslan Xomçak “ArmaInform”a müsahibəsində bildirib.

O qeyd edib ki, hal-hazırda Donbasdakı birqadanın “Bayraktar” PUA-larından istifadəsini müzakirə edir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Ukrayna ABŞ-la “Javelin” TƏİRK-lərinin alınması haqqında müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az