Feysbuk və İnstaqram tibbi maska taxmaqla bağlı xəbərdarlıq edəcək

Feysbuk və İnstaqram tibbi maska taxmaqla bağlı xəbərdarlıq edəcək

İnstaqram və Feysbuk istifadəçilərinə "maska tax" adlı bildiriş göndərəcək.

TED.az xəbər verir ki, bu xüsusiyyət hazırda yalnız Amerika Birləşmiş Ştatlarındakı istifadəçilərin ixtiyarına verilib. Gələcəkdə isə digər ölkələrdə də tətbiq ediləcəyi planlaşdırılıb. İlk dəfə ABŞ-da tətbiqi isə koronavirusdan ən çox ölüm halının burada qeydə alınması ilə bağlıdır.

"Maska tax" bildirişinə daxil olan istifadəçilər Covid19 məlumat mərkəzinə yönləndiriləcəklər.

Mənbə: ted.az