Məşhur avialaynerin istehsalı dayandı

Məşhur avialaynerin istehsalı dayandı

50 ildən artıq fəaliyyət göstərən əfsanəvi sərnişin təyyarəsi "Boeing 747"-nin istehsalı dayandırılıb.

Cebhe.info xəbər verir ki, bu barədə "Bloomberg"məlumat yayıb.

Məlumata görə, pandemiya səbəbindən ABŞ-a məxsus şirkət tərəfindən iki göyərtəli, dörd mühərrikli "Boeing 747" sərnişin təyyarələrinin istehsalı dayandırılıb.

Qeyd edək ki, sözügedən avialaynerin istehsalına son sifariş 2017-ci ildə verilib.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info