"Xiaomi Mi Band 5" smart qolbağının Pro-versiyası hazırlanacaq

"Xiaomi Mi Band 5" smart qolbağının Pro-versiyası hazırlanacaq

"Xiaomi" brendi bir ay əvvəl "Mi Band 5" smart-qolbağını təqdim etmişdir ki, indi isə çinli istehsalçı yeniliyin daha mükəmməl versiyasını hazırlayacağını bildirib.

Open.az xəbər verir ki, "Geekdoing" forumunda "Mi Fit 4.2.0" tətbiqinin skrinləri paylaşılıb. Təqdim edilən görüntülərdən birində isə "Kongming Pro" cihazı nəzərə çarpır. Mənbənin məlumatına əsasən bu "Xiaomi Mi Band 5 Pro" qolbağının kodlaşdırılmış adıdır. Şəkillərdə cihazın NFC - modul ilə təchiz olunacağı görünür. Belə ki, parametrlər bölməsində kart əlavə etmək imkanı yaranacaq.

Qeyd edək ki, yenilik haqqında hələ ki, digər məlumatlar paylaşılmır.

Günel Gözəlova

Mənbə: open.az