Tvitlərə düzəliş funksiyası gəlir: Tvitterdən maraqlı ŞƏRT

Tvitlərə düzəliş funksiyası gəlir: Tvitterdən maraqlı ŞƏRT

Tvitter çox uzun müddətdir, gözlənilən funksiyanı aktivləşdirməyə hazırlaşır.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, platforma rəsmiləri paylaşılan tvitlərə düzəliş xüsusiyyətini əlavə etməyi planlaşdırırlar.
Açıqlamada bildirilir ki, bunun üçün istifadəçilər bir şərtə əməl etməlidirlər.
Belə ki, funksiyanın aktivləşdirilməsi üçün hamının tibbi maska taxmağı vacibdir.
Çünki ilin əvvəlindən bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Virusun yayılmasının qarşısının alınmasında isə əsas silah tibbi maskadan istifadədir.
Bu açıqlama ilə Tvitter rəhbərliyi həm də sosial mesaj verməyə çalışırlar. İstifadəçilərə isə gözləmək və məsuliyyətli davranmaq qalır.

Mənbə: ted.az