Smartfonlarda yeni Chrome interfeysi hazırlanır

Smartfonlarda yeni Chrome interfeysi hazırlanır

Uzun illərdir ki, Chrome mobil brauzerinin görünüşü praktiki olaraq dəyişməyib. Son bir neçə ildə tətbiqi yeniləməyən insanlar, hətta yeniləsələr də kəskin dəyişikliklər görməyəcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, son məlumatlara görə, Google smartfonlarda yeni Chrome interfeysi üzərində işləyir.

Yeni interfeys işə salındıqdan sonra Android üçün Chrome-un alt panelində bütün açıq səhifələr görünəcək və onları bağlamaq imkanı da mümkün olacaq.

Milli.Az

Mənbə: news.milli.az