Feysbuk bu funksiyasından istifadəni dayandırır

Feysbuk bu funksiyasından istifadəni dayandırır

Feysbuk TikTok-a rəqib olaraq yaratdığı Lasso funksiyasından istifadəni dayandıracağını bildirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, funksiya iyulun 10-can işlək vəziyyətdə olacaq.

2018-ci ilin noyabrında işə salınan tətbiqdə 15 saniyəlik videolar yaratmaq və redaktə edib paylaşmaq mümkündür.

Qeyd edək ki, tətbiq 2020-ci ilin fevralında ABŞ, Argentina, Meksika, Kosta-Rika, Ekvador və digər ölkələrdən olan istifadəçilər üçün əlçatan olub.

Mənbə: news.milli.az