Seat yenilənmiş Ateca krossoverini təqdim edib - FOTO

İspaniyanın Seat şirkəti, yaxın zamanda Avropa bazarında satışlarına başlanacaq yenilənmiş Ateca krossoverini təqdim edib.

Yenilənmiş krossover tamamilə LED işıq texnikasına, fərqli radiator barmaqlığına və başqa ön bamperə sahib olub. Avtomobilin arxa hissəsində, baza təchizatına daxil olan dinamik "dönmə siqnalları" ilə təchiz edilmiş fənərlər quraşdırılıb. Bundan əlavə, krossoverin təchizatına 10 yeni kuzov rəngi və müxtəlif dizaynlı 14 növ təkər diskləri daxil edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, avtomobilin salonunda qızdırılma funksiyası olan yeni sükan çarxı, 10,25-düymlük rəqəmsal cihazlar paneli, həmçinin 8,25 və ya 9,2 düymlük sensorlu ekranı olan yenilənmiş mediasistem quraşdırılıb. Yenilənmiş Seat Ateca krossoveri, opsional olaraq, alın şüşəsinin qızdırlması funksiyası ilə də təchiz edilə bilər.

Bununla belə, krossoverin mühərrik çeşidinə hibrid güc qurğuları daxil edilməyib. Seat Ateca modelinin baza variantı 110 at qüvvəli 1,0-litrlik turbomühərrik, mexaniki transmissiya və ön ötürmə ilə təklif ediləcəkdir.

Ateca modelinin növbəti versiyası 150 at qüvvəli 1,5-litrlik turbomühərrik, robotlaşdırılmış transmissiya və ön ötürmə ilə təklif olunacaqdır. Krossoverin top modifikasiyası 190 at qüvvəli 2,0-litrlik turbomühərrik, DSG "robotu" və tam ötürmə ilə təchiz ediləcəkdir.

Bundan başqa, modelin mühərrik çeşidinə 115 və 150 at qüvvəsi təklif edən 2,0-litrlik turbodizel daxil edilibdir. Dizel aqreqatını mexaniki və ya robotlaşdırılmış transmissiya ilə təchiz etmək olar. Ən güclü dizel mühərriki ilə təchiz edilmiş versiya üçün tam ötürmə sistemini də sifariş etmək olar.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Yanğında xəsarət alan FHN əməkdaşları xəstəxanaya çatdırıldı

SONRAKI XƏBƏR

QHT sədri vəfat etdi