Kinoteatrı evinizə gətirin: Cinera Edge

Koronavirusdan dolayı kinoteatrlar bağlı olduğundan filmsevərlərin bir qədər kefi pozulub. Amma artıq kinoteatrı evinizə gətirmək çətin olmayacaq.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, geyiləbilən texnologiya, virtual reallıq gözlüyü Cinera Edge 2560×1440 piksel aydınlıqlı iki OLED ekranla filmdən aldığınız həzzi qat-qat artıracaqş


İki ekran sayəsində yüksək kontrast və rəng keyfiyyəti təqdim edən model 66 dərəcəlik üfiqi baxış bucağına sahibdir.


IMAX-in 70 dərəcəlik baxış bucağına çox yaxınlaşan və 5K görüntüyə malik Cinera Edge əlavə səs sistemi, yaxuq qulaqlığa da ehtiyac duymur. Çünki özündə qulaqlıq sistemi yer alır. 5,1 surround səs verə bilən Cinera Edge Android əməliyyat sistemilə çalışır. 16GB-lıq yaddaşa sahib cihazın Pro versiyasının yaddaşı isə 32GB-dır.


HDMI 2.0 girişinə sahib Pro versiya oyun konsolları, yaxud kompüterlər üçün monitor rolunu da oynaya bilir.


Cihaz 20 metrdən 1200 düym ekran izləyirmiş hissini verir

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Yanğın zamanı 4 nəfər xəsarət alıb - Rəsmi

SONRAKI XƏBƏR

Mingəçevirdə polis proflaktik tədbirlərə başladı - FOTO