ÜST-dən vaksinlə bağlı yeni açıqlama: "Rus peyvəndi və iki-üç dərman..."

ÜST-dən vaksinlə bağlı yeni açıqlama: "Rus peyvəndi və iki-üç dərman..."

Koronavirusa qarşı avifavir dərmanının sınaqdan keçirilməsindən xəbərdarıq. İki-üç dərman var ki, onlardan nəticə gözləyirik. Bundan başqa, rusların üzərində işlədikləri vaksinlə də maraqlanırıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminatan deyib.

Onun sözlərinə görə, ÜST Rusiyanın COVID-19-a qarşı tibbi dərman və test həmrəyliyi proqramına daxil olacağına ümid edir.

ABŞ, Böyük Britaniya, Çin və Fransanın birləşdiyi proqramda Rusiya iştirak etmir.

Rusiya COVID-19-a qarşı vaksini uğurla sınaqdan keçirdiyini bildirib.

Mənbə: teleqraf.com