Şüşə səthlərdəki virusları məhv edən texnologiya kəşf edilib

Şüşə səthlərdəki virusları məhv edən texnologiya kəşf edilib

Türkiyənin "Şişecam" şirkəti virus və bakteriyaları məhv edən xüsusi bir örtmə texnologiyasının inkişaf etdirildiyini açıqlayıb.

İnsider.az xəbər verir ki, Şirkətin açıqlamasında deyilir:

"Şişecam dünyada çox əhəmiyyətli bir ilkə imza atmışdır. Şirkətimiz şüşə səthlərdəki virus və bakteriyaları məhv edən xüsusi bir örtmə texnologiyası inkişaf etdirmişdir. Artıq patent üçün müraciət edilib".

Koronavirus və digər viruslar üzərində də təsirli olan bu xüsusi texnologiyanın əvvəlcə şüşə ev əşyası məhsullarına tətbiq olunması və xarici bazarlara satışa təqdim edilməsi planlaşdırılır.

"Şişecam" məhsullarını 150-dən çox ölkəyə ixrac edir.

Mənbə: insider.az