İsrail İrana qarşı peykini orbitə buraxdı

İsrail İrana qarşı peykini orbitə buraxdı

İsrail yeni nəsil Ofek-16 kəşfiyyat peykini orbitə buraxıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün İsrail Müdafiə Nazirliyi İAİ aviasənaye şirkəti ilə birgə Ofek-16 kəşfiyyat peykini mərkəzi kosmodromdan uğurla fəzaya buraxıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail mətbuatı peykdən İranın nüvə fəaliyyətini izləmək üçün istifadə ediləcəyini yazıb.

Mənbə: axar.az