Cənubi Koreyanın KF-X qırıcı təyyarəsinin prototip istehsalına başlanılıb

Cənubi Koreyanın KF-X qırıcı təyyarəsinin prototip istehsalına başlanılıb

Cənub Koreyanın KF-X adlandırılan 5-ci nəsil qırıcı təyyarəsinin prototipinin istehsalına başlanılıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarələrin ilk prototipinin 2021-ci ilin aprel ayında tamamlanması planlaşdırılır.

“Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən istehsal edilən çoxməqsədli qırıcı təyyarənin maliyyə dəyəri 7.4 milyard dollardır. KF-X təyyarəsi Cənubi Koreyanın F-4D/E “Phantom II” və F-5E/F “Tiger II” təyyarələrini əvəz edəcək.

Qırıcı təyyarənin 2022/23-cü ildə ilk uçuş testinin tamamlanması planlaşdırılır. Proqrama uyğun olaraq, Cənubi Koreya ordusu üçün 120 ədəd KF-X istehsal ediləcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az