İsrail kosmosa casus peyki göndərdi

İsrail kosmosa casus peyki göndərdi

İsrail hərbi kəşfiyyatı kosmosa casus peykləri göndərdiyini açıqlayıb.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, nazirlik tərəfindən İsrail Kosmik Sənayesi ilə ortaq olaraq istehsal edilən Ofek-16 adlı casus peykin yerli vaxtla səhər saat 4-də ölkənin mərkəzindəki bir bazadan atıldıqdan sonra öz orbitində müvəffəqiyyətlə yerləşdiyi bildirilib.

Casusluq üçün istifadə ediləcək Ofek-16-nın yüksək tutumlu elektro-optik kəşf peyki olduğu bildirilib.

İsrail Müdafiə naziri Benny Gantz Ofek-16 peykinin Müdafiə Nazirliyi və İsrail Kosmik Sənayesi üçün əhəmiyyətli bir müvəffəqiyyət hesab edərək, "İsrailin imkanlarını hər yerdə gücləndirməyə və qoruyub saxlamağa davam edəcəyik" ifadəsini istifadə edib.

Yerli media, peykin İranın nüvə fəaliyyətini izləmək üçün istifadə ediləcəyini yazıb.

F.Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az