Avstraliya ilk üç “Triton” PUA-sını 2025-ci ilə qədər əldə edəcək

Avstraliya ilk üç “Triton” PUA-sını 2025-ci ilə qədər əldə edəcək

Avstraliya MQ-4C “Triton” yüksək hündürlük və uzaq məsafə (HALE) PUA-larının birincisini 2023-cü ildə əldə edəcək. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə istehsalçı “Northrop Grumman” şirkətinin Avstraliya bölməsinin baş icraçı direktoru Kris Dibl məlumat verib.
O qeyd edib ki, Avstraliyaya növbəti 2 PUA 2025-ci ilin əvvəlində təhvil veriləcək.
“Northrop Grumman” şirkəti tərəfindən hazırlanan “Triton” 24 saat ərzində havada qala bilir. 24 mil hündürlüyə kimi qalxa bilən PUA-lar 360 dərəcəlik radarları ilə quru və su ərazilərini darayır.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az