Ağcaqandlar onlara qarşı tətbiq edilən zəhərli tüstülərə dirənc qazanıb

Ağcaqandlar onlara qarşı tətbiq edilən zəhərli tüstülərə dirənc qazanıb

İstanbulda iyun ayının yağışlı keçməsi çoxlu sayda ağcaqanadın yaranmasına səbəb olub.

Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, Cərrahpaşa Tibb Fakultəsinin Baş həkimi, dermotoloq, professor Zəkai Kutlubay bildrib ki, bu il xəstəxanaya ağcaqanad dişləməsi nəticəsində ağır allergiya və dermotoloji şikayətlərlə xeyli sayda insan müraciət edib.

Ağcaqanadların dişlədiyi nöqtələr dərin yaralara çevrilir. Ən pisi də budur ki, yeni ağcaqanadlar bu günə qədər onlara qarşı tətbiq edilən preparatalara qarşı immunitet əldə ediblər və daha onlara bu dərmanlar təsir etmir.

“Ağcaqanadlar limon, lavanta, qərəngil, mixək,biberiyə ətrini sevməzlər.Daha çox parlaq rənglər onları cəlb edir və kilolu insanları sancırlar.Əgər ağcaqanad sancmasına qarşı allergiyanız varsa, ən yaxşısı dərhal soyuq su və ya buzla yumaq, həmin nöqtəyə limon və ya aspirin tozu sürtmək lazımdır. Ağcaqanadlar heyvan və quşlardan aldıqları virusu insana keçirə bilirlər. Ötən ilTürkiyədə Nil virusu, Usutu virusu kimi virusların insana yoluxmasına səbəb olublar.Bu riski gözə almamaq üçün özünüzü qoruyun”,- deyə professor xəbərdarlıq edib.

İlhamə

Mənbə: www.bizimyol.info