ABŞ ordusu Sovet dövrünə aid silah sistemlərini satın almaq niyyətindədir

ABŞ ordusu Sovet dövrünə aid silah sistemlərini satın almaq niyyətindədir

ABŞ ordusu bir sıra NATO standartlarında olmayan döyüş sursatı və Sovet dövrünə aid silah sistemlərini satın almaq niyyətindədir. Ordu.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin tender saytında elan verilib.

Məlumata görə, Pentaqon sınaq, təlim və döyüş məqsədləri üçün xüsusi sursat və silah sistemləri almaq istəyir.

Bilirilir ki, xüsusi sursat və silah sistemləri ilk növbədə ABŞ-da olmayan silah sistemlərində istifadə üçün nəzərdə tutulub. Buraya NATO standartlarında olmayan sursat, əsasən keçmiş Sovet İttifaqı və ya Şərq Blok ölkələri tərəfindən istehsal olunan və istifadə edilən sursat və silahlar daxildir.

Potensial satınalmalar siyahısına Sovet tipli tüfənglər və “Kalaşnikov” tipli avtomat silahları, T-64, T-72, T-80 və T-90 əsas döyüş tanklarında istifadə üçün hazırlanmış iriçaplı mərmilər, artilleriya və minaatan mərmiləri, qumbara, aviasiya raketləri və mərmiləri, tank əleyhinə raketlər və s. daxil edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az