Cənubi Koreyada sakinlərə dronlarla koronavirusdan qorunmaq xəbərdarlığı edildi - VİDEO

Cənubi Koreyada sakinlərə dronlarla koronavirusdan qorunmaq xəbərdarlığı edildi - VİDEO

Cənubi Koreyanın paytaxtı sakinlərinə dron vasitəsilə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri xatırladır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

 

Mənbə bildirir ki, Seulun üstündəki səmada 300 pilotsuz uçan aparat üzərində quraşdırılmış proyektorlarla sosial məsafəni qorumaq, maskalar taxmaq və əllərini yaxşıca yumaq çağırışları ilə mesajlar görsənib.

Yoluxanların sayının durmadan artması fonunda, hakimiyyət, ölkədə profilaktik tədbirlərin sərtləşdirilməsi, xüsusən üç səviyyəli karantin tədbirləri sisteminin tətbiqi variantını nəzərdən keçirmək niyyətindədir.

Johns Hopkins Universitetinin məlumatına görə, bu günə qədər ölkədə 13181 koronavirus infeksiyası qeydə alınıb, pandemiyanın başlanmasından 285 nəfər ölüb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az