"Samsung"un satışları azalıb

"Samsung"un satışları azalıb

 

Bu ilin II rübündən "Samsung Electronics Co." şirkətinin əməliyyat mənfəəti təxminən 6,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 22,7% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin mənfəət və zərər proqnozu üzrə hesabatında deyilir.

Qeyd olunub ki, əməliyyat mənfəəti rüblük müqayisədə 25,6% artıb.

Hesabat dövründə "Samsung"un ümumi satışları təxminən 43 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3%, rüblük müqayisədə isə 6% azalıb.

Mənbə: apa.az