Avstriya “Saab 105” qırıcı təyyarələrini istismardan çıxarır

Avstriya “Saab 105” qırıcı təyyarələrini istismardan çıxarır

Avstriya Hərbi Hava Qüvvələrinin inventarında olan “Saab 105” qırıcı təyyarələri istismardan çıxarılır. Ordu.az xəbər verir ki, bu barədə Avstriya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İsveçin “Saab” şirkəti tərəfindən istehsal edilən qırıcı təyyarələrini “Typhoon” qırıcları əvəz edəcək.

Təyyarələrin bu ilin sonunadək istismardan çıxarılması planlaşdırılır və istifadə müddəti bitdiyinə görə modernləşdirilməsi düşünülmür.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az