Almaniya son 10 ildə ABŞ qoşunlarının saxlanması üçün 1 milyard avro vəsait xərcləyib

Almaniya son 10 ildə ABŞ qoşunlarının saxlanması üçün 1 milyard avro vəsait xərcləyib

Almaniya son 10 ildə ABŞ qoşunlarının ölkədə saxlanması üçün təxminən 1 milyard avro vəsait xərcləyib. Ordu.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı ölkənin Maliyyə Nazirliyinin rəqəmlərinə istinadən məlumat yayıb.

“Spiegel” nəşri yazır ki, 648.5 milyon avro tikinti müqavilələrinə, 333.9 milyon avro digər xərclərə sərf olunub.

Müqayisə üçün, ABŞ keçən il Almaniyadakı qoşunlarının saxlanmasına görə 7,2 milyard avro vəsait ayırıb. Nəşr yazır ki, ABŞ bazaları Almaniyanın kiçik şəhərlərində böyük bir iştirakçılığa sahib olub, yerli əhalini işlə təmin edir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az