Niderland REM vasitələri ilə təchiz olunan “Bushmaster” zirehli maşınları əldə edib

Niderland REM vasitələri ilə təchiz olunan “Bushmaster” zirehli maşınları əldə edib

Niderland ordusuna radioelektron mübarizə vasitələri ilə təchiz olunan 4x4 təkər formuluna malik “Bushmaster” zirehli maşınlarının birinci partiyası tədarük edilib. Ordu.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, zirehli maşınlar “Thales” şirkəti ilə bağlanan müqavilə çərçivəsində Niderland ordusuna çatdırılıb.

REM vasitələri zirehli maşının döyüş şəraitində radioəlaqə və kiber fəaliyyətini təmin edir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az