Koronavirusla bağlı ŞOK İDDİA: "Neandertal" insan növündən miras qalıb

Koronavirusla bağlı ŞOK İDDİA: "Neandertal" insan növündən miras qalıb

Alman və İsveç alimləri tərəfindən aparılan koronavirus pandemiyasının gen araşdırmasında maraqlı nəticə ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, alimlər koronavirusun genetik kodu üzərində aparılan araşdırmalar nəticəsində virusun "Neandertal" insan növündən miras qaldığı fikrini irəli sürüb.

Sözügedən genin Avropadakı insanların təxminən, 8 faizində və Amerikadakı insanların təxminən, 4 faizində aşkarlandığı bildirilib.

Digər tərəfdən, koronavirusa qarşı ölüm riskini artıran bu genin Günay Asiyada və xüsusilə Banqladeşdə yaşayan insanlarda daha çox olduğu qeyd edilib.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info