Koronavirus 28 min il yaşı olan gendən keçib? - ARAŞDIRMA

Alman və İsveç alimləri tərəfindən aparılan koronavirus (Covid-19) pandemiyasının gen araşdırmasında maraqlı bir nəticə ortaya çıxıb.

Unikal.org məlumat verir ki, Alimlər, on min il əvvəl yaşamış Neandertal adlı insan növündən, koronavirusun genetik kodu üzərində aparılan araşdırmalar nəticəsində miras qaldığını irəli sürüblər.

Neandertallar, Buz dövrü boyunca Avropada uzun müddət yaşamış və nəsli kəsilmiş bir insan növü kimi tanınır. Elm adamları, insanlarda koronavirusun 28 min il əvvəl yaşamış bu tip insanlardan miras qaldığını bildiriblər.

Koronavirus xəstələrindən əldə edilən məlumata görə, araşdırma bu genlərin immunitet sisteminin virusa reaksiyasını təsir edərək ciddi xəstəlik və ya ölüm ehtimalını artırdığını təklif edib.

Elmi araşdırma aparan professor Huqo Zeberq, araşdırmalarında üçüncü xromosomda tapılan Neandertal genetik ardıcıllığının insanda “əsas genetik risk faktoru” olduğunu söyləyib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Qurbanov Gürcüstanda rəmzi 11-liyə düşdü

SONRAKI XƏBƏR

FHN-in modul tipli hospitalında dezinfeksiyaedici tunellər quraşdırılıb - VİDEO