Malaziyada müsəlmanlara bu tətbiqdən istifadə qadağan olunub

Malayziya müsəlmanlarına FaceApp tətbiqinin istifadəsi qadağan olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Malayziya müftisi FaceApp tətbiqindən istifadənin günah olduğunu deyib.

"Bu tətbiq Allahın yaratdığı bəndələri dəyişdirir", - deyə o bildirib.

Müftinin sözlərinı görə, FaceApp-də cinsi dəyişiklik funksiyası digər insanları çaşdıra və şəxsin nüfuzunu poza bilər. Eyni məqam yaş dəyişikliyi funksiyasına da aiddir: insanlar gələcəkdə necə görünəcəklərini bilmir və bilməməlidirlər.

Qeyd edək ki, FaceApp Malayziya müsəlmanları üçün qadağan edilən ilk tətbiq deyil. 2016-cı ildə orada "Pokemon Go" oyunu da qadağan edilib. Bunun səbəbi oyunda "yırtıcıların" oyunçu tərəfindən "ovlanmağı" idi. Hökümətin fikrincə, məhz bu məqam yeniyetmələrə və uşaqlara mənfi təsir göstərə bilərdi.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

ÜST missiyası bir neçə ay gecikmədən sonra “koronavirussuz” Türkmənistana gedib

SONRAKI XƏBƏR

Buraxılış imtahanlarının nəticələri elan olundu