ABŞ ordusu yeni raketdən müdafiə sisteminin sınaqlarına başlayıb

ABŞ ordusu yeni raketdən müdafiə sisteminin sınaqlarına başlayıb

ABŞ Ordusu COVID-19 pandemiyasının başlaması səbəbiylə təxirə salınmış yeni inteqrasiya edilmiş raket hücumundan müdafiə sisteminin əsas sınağına başlayıb. Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defence” nəşri yazıb.

Bildirilir ki, raketdən müdafiə sisteminin sınaqları Nyu Meksikadakı “White Sands” raket poliqonunda davam etdirilir.

Sınaqların əsas məqsədi sistemin real döyüş şəraitində necə işlədiyini yoxlamaqdır. Bildirilir ki, yeni sistemin hazırlanmasına “Northrop Grumman” şirkəti rəhbərlik edir.

Sınaqlar uğurlu olarsa, raketdən müdafiə sistemləri 2022-ci ilin sonuna qədər istismara verilə bilər.

 

Mənbə: ordu.az