ABŞ Yaşıl Zonaya C-RAM sistemi yerləşdirəcək

ABŞ Yaşıl Zonaya C-RAM sistemi yerləşdirəcək

ABŞ İraqın paytaxtı Bağdadda yerləşən Yaşıl Zonaya top, raket və minaatan kimi döyüş sursatlarını məhv etmək üçün C-RAM (Counter rocket, artillery, and mortar) sistemini yerləşdirir. Ordu.az xəbər verir ki, Yaşıl zona 2002-ci ilin yanvar ayından etibarən çoxlu sayda “Katyuşa” raketləri ilə hücuma məruz qalıb.

Son hücumlardan birində raketlərin birinin mülki evə düşməsi nəticəsində bir uşaq yaralanmışdı.

Yaşıl Zona, İraq parlamentinin, diplomatik nümayəndəliklərin, həmçinin ABŞ səfirliyinin yerləşdiyi ərazidir.

C-RAM sistemi strateji obyektlərin qorunması məqsədilə bu əraziyə yerləşdirilir.

 

Mənbə: ordu.az