ABŞ İsrailə 3 milyard dollar dəyərində aviasiya və dizel yanacağı satacaq

ABŞ İsrailə 3 milyard dollar dəyərində aviasiya və dizel yanacağı satacaq

ABŞ Dövlət Departamenti İsrailə 990 milyon qallon (təxminən 3.7 milyard litr) neft əsaslı məhsulların - aviasiya yanacağı və dizel yanacağının satılmasına razılıq verib. Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilir ki, Xarici Hərbi Satış proqramı çərçivəsində satılan neft əsaslı məhsulların ümumi dəyəri 3 milyard dollardır.

Müqaviləyə JP-8 aviasiya yanacağı, dizel yanacağı və benzin daxildir.

 

Mənbə: ordu.az