Yunanıstan yerli atıcı silahlar istehsalı edə bilər

Yunanıstan yerli atıcı silahlar istehsalı edə bilər

Yunanıstan yerli imkanlarla orijinal atıcı silahlarının istehsalı üçün fəaliyyətə başlayıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin AOR Dizayn Qrupu yeni piyada hücum tüfənginin dizaynını Yunanıstan Baş Qərargahına təqdim edib.

Bildirilir ki, dizayn işləri ötən ilin sentyabr ayında başlayıb və bu ilin mart ayında başa çatıb. Pendemiya səbəbindən silahın təqdimatı təxirə salınmışdı.

M21 olaraq adlandırılan piyadanın hücum tüfəngi 5.21x45mm NATO patronları və 7.62x51mm NATO döyüş sursatından istifadə edəcək.

 

Mənbə: ordu.az