Evimizdə "WI-FI" üçün quraşdırılan qurğuda CİDDİ TƏHLÜKƏ AŞKARLANDI

Evimizdə "WI-FI" üçün quraşdırılan qurğuda CİDDİ TƏHLÜKƏ AŞKARLANDI

Almaniyanın Fraunqover İnstitutunun alimləri evdə "WI-FI" üçün nəzərdə tutulmuş marşrutlayıcıların təhlükəsizliyini qiymətləndiriblər.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, hər bir qurğunun təhlükəsizlik sistemində onu kiberhücumlar qarşısında dayanıqsız edən ən azı bir boşluq aşkar edilib.

Tədqiqat çərçivəsində 7 populyar brendin 127 modeli araşdırılıb: “Asus”, “AVM”, “D-Link”, “Linksys”, “Netgear”, “TP-Link” və “Zyxel”. Nəticə ürəkaçan deyil. Demək olar ki, bütün sınaqdan keçirilmiş routerlər düzəldilməyən boşluğa malikdir və “Linux” sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyir.

Son il ərzində 46 marşrutlayıcıdan heç biri təhlükəsizlik yeniləməsi almayıb. Ən pis vəziyyətdə qurğular 5 ildən çox müddətdə yenilənməyib və yüzlərlə boşluq aşkar edilib.

Bu halda yeni proqram təminatı çıxaran bir çox şirkətlər kritik boşluqları aradan qaldırmır. Başqa sözlə, istifadəçi proqram təminatının ən son versiyasını quraşdırdığı halda belə routerdə təhlükəsizlik problemi həll edilmir.

Mənbə: lent.az