IT-nəhənglər Honkonqu tərk edə bilər

IT-nəhənglər Honkonqu tərk edə bilər

Bir sıra nəhəng şirkətlər, artıq hökümətə istifadəçilər barəsində məlumat verməyəcəklərini bildiriblər. Səbəb isə Honkonq sakinlərinin bir neçə sosial şəbəkə və messencerlərdən istifadədən imtina etməsi olub.

Open.az xəbər verir ki, imtina edən "internet brendlər" sırasına; "Google", "Apple", "Telegram", "Facebook" və "Twitter" kimi IT-nəhənglər qoşulub.

"TikTok" isə Honkonqu ümumiyyətlə tərk etmək niyyətinin olduğunu bildirib.

Mənbə: open.az