ABŞ ordusu hücum tüfəngləri üçün ən müasir termal görüntüləmə optik qurğularından istifadə edir

ABŞ ordusu hücum tüfəngləri üçün ən müasir termal görüntüləmə optik qurğularından istifadə edir

ABŞ ordusunun hərbi qulluqçuları hücum tüfəngləri üçün ən müasir termal görüntüləmə optik qurğularından istifadə edir. Hərbi qulluqçular silah üzərində quraşdırılmış düyməni basaraq simsiz olaraq silahın üzərindəki qurğunun görüntüsünü dəbilqəyə quraşdırılmış gecəgörmə cihazının ekranına köçürə bilir.
Görüntüləmə cihazı həm ənənəvi infraqırmızı, həm də termal görüntü kamerasından ibarətdir. Sistem infraqırmızı görüntünü bir ekranda termal bir görüntü ilə inteqrasiya edir.
Hərbi qulluqçular infraqırmızı və istilik rejimindən birini seçə bilər və ya hər iki rejimi eyni zamanda tüstü, duman və qum fırtınası kimi çətin şəraitdə gecə və ya gündüz saatlarında düşməni aşkar etmək üçün təsirli vasitə kimi istifadə edə bilərlər.
Dəbilqəyə quraşdırılan “Enhanced Night Vision Goggle III” adlanan qurğunun çəkisi təxminən 900 qramdır.
Silahın üzərinə yerləşdirilən qurğunun çəkisi isə təxminən 680 qramdır və 1100 metrə qədər məsafələrdə hədəfə atəş etməyə imkan verir. M16 hücum tüfənginə, M4 karbininə və M249 pulemyotuna quraşdırıla bilər.
Dəyanət Ağalarlı
Ordu.az

 

Mənbə: ordu.az