"Facebook"-a qarşı boykot davam edir

"Facebook"-a qarşı boykot davam edir

Bir sıra hüquq müdafiə təşkilatları, şirkətin rəhbər nümayəndələri ilə görüşdən sonra "Facebook"-a qarşı boykotun davam edəcəyini bildiriblər.

Open.az xəbər verir ki, qeyri-hökümət təşkilatı "Free Press" rəhbəri Cessika Qonsales, müsahibə zamanı "Facebook" şirkətinin platformada mövcud dezinformasiya və aqressiya ilə mübarizə üçün real addımlar atmadığını qeyd edib.

"Free Press" təşkilatı qeyd edir ki, boykota artıq min şirkət qoşulub. Sözügedən etirazçılar siyahısında; "Adidas", "Ben & Jerry's", "Coca-Cola", "Ford", "HP", "Honda", "Levi Strauss", "PepsiCo", "Pfizer", "Unilever" və "Verizon" kimi tanınmış brendlər belə yer alıb

Mənbə: open.az