Microsoft şirkəti Warner Bros-u satın almağı planlaşdırır

Microsoft şirkəti Warner Bros-u satın almağı planlaşdırır

Amerikanın Microsoft korporasiyası Warner Bros-u almaq niyyətindədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, 4 milyard dollar qarşılığında reallaşa biləcək satış yeni Xbox Series X-də eksklüziv oyunlarla əlaqəli problemi həll etmək üçün edilir. Warner Interactive Əyləncə bölməsi video oyunların inkişafında iştirak edir. Məsələn, bu bölmə Betman oyunları, Üzüklərin hökmdarı, Harry Potter, Mortal Kombat və Injustice oyunlarına cavabdehdir.

Microsoft şirkəti ilə yanaşı cihazın potensial alıcıları arasında "Take-Two Interactive", "Electronic Arts" və "Activision Blizzard" adları da çəkilir.

Milli.Az

Mənbə: news.milli.az