Ford yeni F-150 pikapını təqdim edib - FOTO

Bu gün Ford şirkəti yeni nəsil F-150 pikapını təqdim edib. Ford F-150 modeli hər zaman Şimali Amerika bazarında öz sinfindəki satış cədvəlində birinci yeri tutub. Pikapın yeni 14-cü nəslini əvvəlkindən dekoru sayəsində ayırd etmək olar. Pikapın dizaynında ciddi dəyişiklik olmasa da, onun bütün kuzov panelləri tamamilə yendidirlər. Polad rama üzərində inşa edilmiş avtomobil altı müxtəlif təchizat səviyyəsi ilə təklif ediləcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, eyni zamanda, Ford müştərilərinə geniş fərdiləşdirmə imkanları təklif edir: ikirəngli kuzov, 17 - 22 düymlük təkər diskləri və 11 variantda radiator barmaqlığı sayəsində avtomobili fərdiləşdirmək olar. F-150 alıcılara üç kabin variantını təklif edir ki, onların hər birini standart və uzadılmış təkər bazası ilə sifariş etmək olar.

Pikap, 12-düymlük virtual cihazlar paneli və eyni ölçülü displeyə malik olan SYNC 4 multimediya sistemi ilə təchiz edilir. Məlim məsələdir ki, bu avadanlıqlar yalnız top versiyalar üçün nəzərdə tutulub. Standart olaraq model 8-düymlük ekranla təchiz edilir. LED optika da yalnız bahalı versiyaların imtiyazı olaraq qalır.

Opsional olaraq, demək olar ki, 180 dərəcəyə bükülən kresloları, qatlanan masanı, həmçinin elektrik cihazlarının enerji təchizatı üçün nəzərdə tutulmuş Pro Power Onboard sistemini sifariş etmək olar. Modifikasiyadan asılı olaraq, generatorun gücü 2,0-7,2 kilovat arasında dəyişir.

F-150 modeli 3.5-litrlik V6 turbomühərrikinin əsasında yaradılmış mülayim hibrid güc qurğusu ilə təchiz edilir. Belə pikaplar elektrik əlavəsinə və 1,5 kilovatlıq litium-ion batareyasına sahibdirlər. Ford şirkətinin bildirdiyinə görə, elektrikləşdirilmiş F-150 modelinin ümumi yürüş məsafəsi 1,1 min kilometrə çatır.

F-150 modelinin mühərrik çeşidinə 3,3-litrlik V6 və 5,0-litrlik V8 atmosfer benzin mühərrikləri, həmçinin 2,7 və 3.5 litrlik altısilindrli benzin turbomühərrikləri və 3,0-litrlik altısilindrli turbodizel daxil edilib. Aqreqatların hasilatı və pikapın dinamik xüsusiyyətləri hələlik açıqlanmayıb, lakin şirkət F-150 modelinin təkcə sələfindən deyil, eyni zamanda bütün tam ölçülü pikaplardan güclü olduğunu iddia edir.

Bütün mühərriklər 10-pilləli SelectShift avtomatik ötürmələr qutusu ilə təchiz edilirlər. Pikapı arxa və ya tam ötürmə ilə sifariş etmək olar.

Yeni Ford F-150 modelinin ABŞ bazarındakı satışlarına bu ilin üçüncü rübündə başlanacaqdır. Piakpın istehsalına oktyabr ayında Miçiqanda, noyabrda isə Kanzas Sitidə start veriləcəkdir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ford Focus mülayim hibrid olub - FOTO

SONRAKI XƏBƏR

Karantində evdə işləyənlər: BUNLARA DİQQƏT EDİN