Xiaomi Mi Smart Band 4C-ni təqdim etdi

Xiaomi Mi Smart Band 4C modelini təqdim edib. Model daha münasib qiyməti və sıra xüsusiyyətləri ilə rəqiblərindən fərqlənir.

Milli.Az ted.az-a istinadən bildirir ki, ağıllı bilərzik 1,08 düymlük ekrana sahibdir. 2 saat ərzində yığdığı enerji modeli 14 gün işlək vəziyyətdə saxlaya bilir. Batareya tutumu 130 mAs-dır. Bilərzik velosiped sürmə, sürətli yerimə, ürək döyüntüsü və s. kimi prosesləri təqib edir. Uzun müddət hərəkətsiz qaldıqda isə xəbərdarlıq bildirişi verir. Ağıllı bilərziyin çəkisi 13 qramdır.

Xiaomi Mi Smart Band 4C-nin yaxın vaxtlarda 21 avroya satışa çıxarılacağı bildirilib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Monastrda oryental oynayan Rahib sosial şəbəkələrdə viral oldu (VİDEO)

SONRAKI XƏBƏR

“Pandemiya dövrü “razborka”lara, şəxsi intriqalara yol vermək olmaz” – Aslan İsmayılov