Koronavirusun daha bir təhlükəli fəsadı açıqlandı

Koronavirusun daha bir təhlükəli fəsadı açıqlandı

СOVID-19-dan sağalan insanlar gələcəkdə immunitetlə bağlı uzun müddətli problemlər yaşaya bilər.

Pravda.az xarici mətbuata istinadən xəbər verir ki, belə nəticəyə Rusiya və Çin Xalq Respublikasının alimləri gəlib.

Məlumata görə, araşdırmalar zamanı virusdan sağalan insanların bir hissəsinin qanında limfositlərin səviyyəsinin aşağı düşməsi qeydə alınıb. Limfositlərin səviyyəsi hətta sağalmadan 11 həftə sonra da əvvəlki normaya çatmır

Qeyd edilir ki, bu zaman immun hüceyrələri zədələnir. İmmun hüceyrələri xroniki zədəsi isə ən çox insan immun çatışmazlığı virusuna səbəb olur. Rusiya mütəxəssisləri isə bildiriblər ki, SARS - coV-2 immun çatışmazlığı virusundan fərqli olaraq, limfositlərdə çoxala bilmir.

Bu baxımdan, immunitet sistemindəki durğunluq uzun, lakin geri dönə bilən ola bilər.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Report

Mənbə: pravda.az