COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR

COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR

Çinin Uxan şəhərindəki Virusologiya İnstitunun ekspertləri koronavirusla bağlı yeni araşdırma aparıb. Modern.az xəbər verir ki, alimlər virusdan sağalan insanlarda uzunmüddətli immun probleminin olduğunu açıqlayıblar.

Belə ki, COVID-19-dan sağalan və müxtəlif yaş qruplarında olan 55 nəfər müayinə altında qalıb. Onların hamısında immun sisterminin dayanıqlılığına cavabdeh limfosotlərin sayı azalıb. Limfositlərin sayı müalicədən 11 həftə sonra da tam bərpa olunmayıb.

Çinli alimlər virusun qan hüceyrələrini zədələdiyini və immun sisteminə problem yaratdığı qənaətindədir.

Mənbə: modern.az