Peyvəndin sınağında SON MƏRHƏLƏ

Peyvəndin sınağında SON MƏRHƏLƏ

Rusiyada koronavirusdan peyvəndin sınağında son mərhələ başlayıb.

Cebhe.info xəbər verir ki, sınağı Müdafiə Nazirliyi ilə Elmi-Tədqiqat İnstitutu birlikdə aparılır. Sınaq 18 iyunda başlayıb və həmin gün 18 könüllü peyvənd olunub. Onlardan yarısı preparatın bir hissəsini, digər qrup isə ikinci hissəsini qəbul edib.

23 iyunda daha 20 könüllü peyvənd olub. Üçüncü qrup 13 iyulda peyvənd olunub. Artıq 15 iyulda könüllülərin birinci qrupu sınağı başa çatdıracaq. Bundan sonra onlar analiz verəcəklər. Hazırda onların səhhəti yaxşıdır, heç bir şikayətləri yoxdur. Məhz 15 iyuldan sonra peyvəndin təsiri barədə daha qəti fikir bildirmək mümkün olacaq.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info