Koronavirus tibbi maskalarda, əskinaslarda və parçalarda nə qədər yaşayır? - ARAŞDIRMA

Koronavirus tibbi maskalarda, əskinaslarda və parçalarda nə qədər yaşayır? - ARAŞDIRMA

Honkonq Universiteti və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan bir qrup mütəxəssis, COVID-19-un müxtəlif səthlərdə, o cümlədən tibbi maskalarda nə qədər yaşaya biləcəyini müəyyənləşdirib.

Day.Az Ölkə.az-a istinadən xəbər verir ki, nəticələr "South China Morning Post" nəşrində çap edilib.

Araşdırma müxtəlif səthlərdə aparılıb. Bütün işlər laboratoriyada, otaq temperaturunda aparılıb.

Mütəxəssislər, virusun kağızlarda 3 saatdan az müddətdə qaldığını müəyyən edib. Virus, parça gödəkçədə ikinci gün yoxa çıxıb.

İstifadə olunmuş tibbi maskalarda isə o bir həftəyə qədər qalıb. Bu səbəbdən mütəxəssislər birdəfləlik tibbi maskaları 2 saatdan çox taxmağı tövsiyyə etmirlər. 2 saatdan sonra maskanı çıxardın, əllərinizi yaxşı yuyun və ehtiyac varsa təzə maska taxın.

Eynək və əskinaslardan virus yalnız dördüncü gün, paslanmayan polad və plastikdə isə 4 -7 günə yoxa çıxıb.

"Özünüzü qorumaq istəyirsinizsə, yalnız gigiyena qaydalarına riayət edin, əllərinizi mümkün qədər tez-tez yuyun və dezinfeksiya etmədən üzünüzə, gözünüzə, ağzınıza və burnunuza toxunmamağa çalışın", - hesabatda qeyd olunub.

Nəzərinizə çatdıraq ki, tibbi spirt və tərkibində xlor olan təmizləyici vasitələr koronavirusu istənilən səthlərin üzərində bir neçə dəqiqə ərzində öldürür.

Mənbə: news.day.az