COVID-19-a qarşı effektiv olduğu deyilən bu dərmanın heç bir faydası yoxdur - YAPON ALİMLƏR

COVID-19-a qarşı effektiv olduğu deyilən bu dərmanın heç bir faydası yoxdur - YAPON ALİMLƏR

Yapon alimlər COVID-19-a qarşı effektli olduğu deyilən dərmanlardan biri ilə bağlı sınaq keçiriblər.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, “Favipiravir” (Aviqan) dərmanı ilə aparılan kliniki sınaqlar onun koronavirusa qarşı heç bir effektinin olmadığını ortaya çıxarıb.

Belə ki, dərmandan istifadə edən viruslu xəstə ilə dərmandan istifadə etməyən xəstənin səhhətində heç bir prinsipial fərq müəyyən olunmayıb.

“Favipiravir” dərmanı Fujifilm Holdings şirkəti tərəfnidən virusa qarşı mübarizə məqsədilə hazırlanmışdı.

Dərmandan Ebola xəstələrinin müalicəsində də istifadə edilirdi.

Mənbə: konkret.az