Ən böyük ekranlı ağıllı bilərzik istehsal edildi

Ən böyük ekranlı ağıllı bilərzik istehsal edildi

Xiaomi şirkəti ən yeni modeli olan Mi Band 5 üçün son hazırlıq işlərini görür.

TED.az xəbər verir ki, yeni bilərzik əvvəlki modellərlə müqayisədə daha geniş ekrana sahibdir.

Məlumata görə, yeni modeldə NFC texnologiyasından istifadə ediləcək və mobil ödəmə xidmətləri aktiv olacaq.

Mi Band 5-in ekranı 1,2 düym böyüklüyündədir. Bununla da şirkətin istehsal etdiyi ən böyük ekranlı bilərzik kimi tarixə düşəcək.

 

Mənbə: ted.az