İlon Maskın adından istifadə edib 2 milyonluq bitkoin oğurladılar

İlon Maskın adından istifadə edib 2 milyonluq bitkoin oğurladılar

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskın adından istifadə edərək son iki ay ərzində 2 milyon dollar dəyərində bitkoin oğurlanıb.

BiG.AZ xəbər verir ki, fırıldaqçılar iki qat artığını vermək adı ilə insanlardan onlara bitkoin göndərilməsini istəyiblər. İnsanların onlara inanmasındakı səbəb isə oğruların özlərini İlon Mask kimi təqdim etməsi olub. Ancaq təxmin edildiyi kimi, pulların nəinki iki qatı, heç insanların göndərdiyi bitkoinlər də geri qayıtmayıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, fırıldaqçılar 67 saxta hesabla insanların 215 bitkoinini mənimsəyiblər. Bunun da hazırkı dəyəri tam 2 milyon dollar edir. İnsanlara başqalarına pul göndərmədən həmin profilə diqqətli nəzər salmaq tövsiyyə edilib.

Elmir Kərimli

 

Mənbə: big.az